"Neftçi" Azərbaycan Kubokunun yarımfinal oyunu ilə bağlı azarkeşlərə çağırış edib - VİDEO
- 17 aprel, 2018
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 aprel. REPORT.AZ/ "Neftçi" klubu "Qəbələ" ilə keçirəcəyi futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib.
"Ağ-qaralar" bununla bağlı promo-video hazırlayıb. Videoda fanatlara "4 illik titul həsrətini birgə bitirək" və "Finala birlikdə yüksələk" çağırışları əksini tapıb.
"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov "Report"a bildirib ki, komanda həlledici görüşdə azarkeşlərdən 90 dəqiqə dəstək gözləyir: "Neftçi" hər zaman azarkeşlərin dəstəyinə arxalanıb və bu gün də azarkeş dəstəyi komanda üçün həlledici amildir. Sabah vacib görüşdür və səfər oyununda qazanılan üstünlükdən istifadə edərək "Neftçi" finala adlamağı qarşısına məqsəd qoyub".
Promo-videoda futbolçulardan Mirabdulla Abbasov və Rəhman Hacıyevlə yanaşı, neftçilər də yer alıb.
Qeyd edək ki, aprelin 18-də "Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. “Neftçi” səfərdəki ilk matçda 2:1 hesablı qələbə qazanıb.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. pic.twitter.com/9flz3a8jav
— Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (@polisazerbaycan) August 11, 2025