"Neftçi" ardıcıl 3-cü qələbəsini qazanaraq 4-cü pilləyə yüksəlib - VİDEO

Futbol
  • 21 oktyabr, 2017
  • 12:56
Neftçi ardıcıl 3-cü qələbəsini qazanaraq 4-cü pilləyə yüksəlib - VİDEO
www.pfl.az

Gəncə. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Gəncə şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gəlib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 41-ci dəqiqədə künc zərbəsindən sonra "Neftçi"nin kapitanı Ruslan Abışov vurub. Bununla da flaqman ardıcıl 3-cü qələbəsini qazanıb. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv 10 xalla 4-cü pilləyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Kəpəz" isə 4 xalla sonuncu - 8-ci pillədə qalıb.

Bu, Gəncə şəhər stadionunda cari mövsümdə ilk oyun olub. Mövsümün ilk dövrəsində stadionun ot örtüyü təmir olunduğu üçün "Kəpəz" oyunlarını başqa arenalarda keçirib.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "İnter"i məğlub edib - 1:0. Bu gün saat 17:00-da "Sumqayıt" - "Zirə" matçı başlayacaq. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq. 

"Neftçi" ardıcıl 3-cü qələbəsini qazanaraq 4-cü pilləyə yüksəlib - VİDEO

44 - Tezliklə