Nazim Süleymanov milli komandaya baş məşqçi təyin olunacaq
Futbol
- 07 aprel, 2015
- 10:44
Bakı. 7 aprel. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi postuna əsas namizəd müəyyənləşib. Bu barədə "Report"a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov açıqlama verib.
V.Sadıqov həmin şəxsin Nazim Süleymanov olduğunu bildirib. Onun sözlərinə görə, N.Süleymanovla bağlı məsələ aprelin 9-da AFFA-nın baş katibi Elxan Məmmədovla görüş zamanı həllini tapa bilər. İstənilən halda əfsanəvi futbolçunun işsiz qalmayacağını deyən komitə sədri yeni yaradılacaq U-18 və U-20 yığmalarında da belə bir təyinatın mümkünlüyünü dilə gətirib.
Qeyd edək ki, daha bir baş məşqçi Təbriz Həsənov bu gün U-16 millisindən istefa verərək U-17-də eyni posta təyin olunub.
Son xəbərlər
17:23
FIFA İnfantinonun 2027-ci il seçkilərində iştirakını təsdiqləyib
Futbol17:07
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib
Digər ölkələr16:55
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Energetika16:42
ABŞ İranın blokadasının bərpasından bəri 92 gəminin istiqamətini dəyişdirib
Digər ölkələr16:28
Luis Enrikenin yeni müqaviləyə əsasən bir mövsümdəki qazancı bəlli olub
Futbol16:28
Abdullahi: ABŞ məğlubiyyətini iqtisadi təzyiqlə kompensasiya etməyə çalışır
Region16:22
Zelenski Uitkoff və Kuşnerlə görüşdən sonra Avropa liderləri ilə müzakirə aparacaq
Digər ölkələr16:17
"Reuters": "Avropa üçlüyü"nün milli təhlükəsizlik üzrə müşavirləri Kiyevə gəliblər
Digər ölkələr16:01