Naxçıvanda keçiriləcək “Heydər Əliyev Kuboku”nun tarixi və iştirakçıları müəyyənləşib

Futbol
  • 04 iyun, 2018
  • 13:12
Naxçıvanda keçiriləcək “Heydər Əliyev Kuboku”nun tarixi və iştirakçıları müəyyənləşib

Bakı. 4 iyun. REPORT.AZ/ İyunun 12-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futbol turniri start götürəcək. 

Peşəkar Futbol Liqasından (PFL) “Report”a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq yarışa 4 komanda qatılacaq. Bunlar “Araz Naxçıvan”, I Divizion təmsilçiləri MOİK, “Şüvəlan” və “Zaqatala”dır. Dörd gün davam edəcək turnirin püşkü iyunun 11-də atılacaq. 

Qeyd edək ki, “Heydər Əliyev Kuboku” ardıcıl üçüncü il keçiriləcək.

44 filmi