"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"
Futbol
- 04 noyabr, 2022
- 06:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qələbəyə baxmayaraq, mərhələni "Qarabağ" da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq".
"Report"un məlumatına görə, bunu Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kombuare Yunanıstanda "Olimpiakos"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, son tur öncəsi bütün diqqətləri öz oyunlarında olub: "Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq".
Qeyd edək ki, G qrupunda 2-ci pilləni tutan "Nant" Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq.
Son xəbərlər
18:02
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:59
Ali audit orqanlarının müstəqilliyinin gücləndirilməsi müzakirə edilib
Maliyyə
17:57
AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İnfrastruktur
17:55
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Digər ölkələr
17:49
Foto
İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman nazirlərinin iclasında iştirak edib
Fərdi
17:39
Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək
Fərdi
17:22
Cənubi Koreya Azərbaycanla aviasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
İnfrastruktur
17:22
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Hadisə
17:18
Foto
KPMG "Yaşıl Enerji Dəhlizi" ilə bağlı 4 prioritet istiqaməti müəyyən edib
Energetika