Musa Qurbanlı: "Çıxışımdan razı qalmadım"

Futbol
  • 11 fevral, 2022
  • 16:11
Musa Qurbanlı: Çıxışımdan razı qalmadım

"Çıxışımdan razı qalmadım, amma oyun pis alınmadı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Musa Qurbanlı səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Matçın 78-ci dəqiqəsində komandasının 5-ci qoluna imza atan 20 yaşlı hücumçu inamlı qələbə qazandıqlarını bildirib: "Akademiyada olarkən yarımmüdafiə xəttində oynamışam. Mənim üçün hansı mövqedə çıxış etməyin fərqi yoxdur. Önəmli olan nəticədir".

43-cü dəqiqədə komandasına penalti qazandıran gənc forvard topa yaxınlaşmamasının səbəbini də açıqlayıb: "Məşqçilərin tapşırığı belə idi. Ona görə də topa yaxınlaşmadım. Penaltini vurmağı Ramilə tapşırmışdılar, o da vurdu".