Mövlan Paşayev: "Formula 1"in Azərbaycana müsbət iqtisadi təsirləri var"

Futbol
  • 15 may, 2019
  • 06:44
Mövlan Paşayev: Formula 1in Azərbaycana müsbət iqtisadi təsirləri var
PwC audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev
Report/ Firi Salim

"Formula 1" yarışlarının Azərbaycanda keçirilməsinin ölkəyə müsbət iqtisadi təsirləri var".

"Report" xəbər verir ki, bunu PwC audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində bildirib.

Onun sözlərinə görə, iqtisadi təsirlər birbaşa yox, dolayı yolla da olur: "Buna misal olaraq, nəqliyyat infrastrukurunun təkminləşdiriliməsi, şəhərin meqatədbir mərkəzinə çevrilməsi, turistlərin cəlb olunması, sağlam həyat tərzi, yeni iş yerlərinin açılması, ekoloji tədbirlər və digər məqamları göstərmək olar".

44 filmi