Moldova klubunun baş məşqçisi: "Sabah"la cavab oyununda riskə getməli olduğumuzu bilirdik"

Futbol
  • 31 iyul, 2025
  • 22:24
Moldova klubunun baş məşqçisi: Sabahla cavab oyununda riskə getməli olduğumuzu bilirdik

"Petrokub" "Sabah"la matçda riskə gedib.

"Report" xəbər verir ki, bunu "Petrokub"un (Moldova) baş məşqçisi Şota Maxaradze UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"a qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını söyləyib:

"İlk oyundan sonra çətin vəziyyətə düşdük. Cavab qarşılaşmasında riskə getməli olduğumuzu bilirdik. Təəssüf ki, bu bizdə alınmadı və ardıcıl 2 qol buraxdıq. Halbuki Moldovadakı qarşılaşmada 82 dəqiqə bərabər səviyyəli oyun getmişdi".

Qeyd edək ki, Əlincə stadionunda keçirilən “Sabah” - “Petrokub” matçı ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.