Misirdə Afrika Millətlər Kuboku start götürüb
Futbol
- 22 iyun, 2019
- 05:36
Misirin paytaxtı Qahirədə futbol üzrə Afrika Millətlər Kuboku start götürüb.
“Report” xəbər verir ki, turnirin açılış oyununda meydan sahibləri Zimbabve ilə qarşılaşıblar. Matç Misirin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində 41-ci dəqiqədə Mahmud Hassan fərqlənib.
Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq. Yarışa iyulun 19-da yekun vurulacaq.
Bu gün Konqo DR - Uqanda, Nigeriya - Burundi və Qvineya – Madaqaskar oyunları keçiriləcək.
Qeyd edək ki, yarışın sonuncu qalibi Kamerun yığması olub. Turnirin ən titullu komandası isə hesabında 7 çempionluq olan Misirdir.
Son xəbərlər
21:05
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol20:55
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Hadisə20:55
Sürücü hesablarını blokladığına görə "Uber"i 825 milyon avro cərimə gözləyir
Digər ölkələr20:43
Rusiyanın Krivoy Roqa endirdiyi zərbə nəticəsində yaralananların sayı 103-ə çatıb – YENİLƏNİB-2
Digər ölkələr20:39
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
Hadisə20:14
Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var
Region20:05
Bitkoin həftə ərzində 23% bahalaşaraq may ayından bəri ən yüksək səviyyəyə çatıb
İqtisadiyyat19:44
Çimərlik güləşi üzrə Azərbaycan millisi Bakıda keçiriləcək yarışlara hazırlığı davam etdirir
İdman19:41