Misir millisinin baş məşqçisi: "Belçikaya qarşı yaxşı oynadıq"
- 16 iyun, 2026
- 03:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Misir seçməsi dünya çempionatının ən güclü komandalarından birinə qarşı yaxşı oyun göstərib.
"Report" xəbər verir ki, bunu Misir millisinin baş məşqçisi Husam Hasan Belçika yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra bildirib.
Mütəxəssis komandasının çıxışından razı qaldığını vurğulayıb:
"Dünya çempionatının güclü rəqiblərindən birinə qarşı yaxşı oyun nümayiş etdirdik. Futbolçularım meydanda böyük əzmkarlıq göstərdilər və oyun planına sadiq qaldılar. Qələbəyə yaxın idik, lakin bir xalla kifayətlənməli olduq. Bununla belə, bu nəticə növbəti oyunlar üçün bizə əlavə inam verir".
O, bir epizodda qarşılaşmanın baş hakimi Ramon Abattinin komandasının lehinə penalti vermədiyini söyləyib:
"Bir epizodda açıq-aşkar penalti var idi və bunun verilməməsi, həmçinin VAR-ın müdaxilə etməməsi məni təəccübləndirdi. Əgər bu vəziyyət Belçikanın xeyrinə olsaydı, hakim onu mütləq penalti kimi qiymətləndirərdi".
Qeyd edək ki, Misir millisi Belçika ilə 1:1 hesablı heç-heçə edib.