Minifutbol üzrə dünya çempionatı: Çexiya İsraili məğlub edib

Futbol
  • 28 may, 2025
  • 21:26
Minifutbol üzrə dünya çempionatı: Çexiya İsraili məğlub edib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsidə daha bir matç reallaşıb.

“Report” xəbər verir ki, Çexiya İsraili məğlub edərək 1/4 finalda iştirak hüququ qazanıb.

Milli Gimnastika Arenasında keçirilən görüş Çexiya komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

FOTO: Mircavid Eminoğlu