"Mingəçevir" ev oyunlarını yenidən doğma şəhərdə keçirəcək

Futbol
  • 24 fevral, 2025
  • 20:08
Mingəçevir ev oyunlarını yenidən doğma şəhərdə keçirəcək

"Mingəçevir" klubu ev oyunlarını yenidən doğma şəhərdə keçirəcək.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın ev oyunlarını müvəqqəti keçirəcəyi ehtiyat meydan artıq hazır duruma gətirilib.

Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqanın XVI turunun "Difai" ilə matçını Yaşar Məmmədzadə adına şəhər stadionunun süni örtüklü ehtiyat meydanında keçirəcək.

Qeyd edək ki, "Mingəçevir" klubu stadionunun təmirə bağlanması səbəbindən iki turda rəqiblərini Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda qəbul edib.