Millimizin sabiq futbolçusu Qazaxıstan klubuna keçdi
Futbol
- 11 fevral, 2021
- 13:25
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının sabiq üzvü David Qarayev karyerasını Qazaxıstanın "Kaspi" komandasında davam etdirəcək.
"Report" "Meta-ratings" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyədə təlim-məşq toplanışında olan Aktau təmsilçisinin düşərgəsinə qoşulub.
Son klubu Rusiya "Ural"ı olan forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan Qarayevə əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. O, cari mövsümün ilk yarısında Milli Futbol Liqasında meydana çıxdığı 16 qarşılaşmada 11 qol vurub, 3 dəfə sarı vərəqə alıb.
Son xəbərlər
21:12
Türkiyədə yanacaqdaşıyan maşınla avtobus toqquşub, 14 nəfər yaralanıb
Region20:57
KİV: ABŞ planından Ukrayna üçün Rusiya aktivlərinin müsadirəsi bəndi çıxarılıb
Digər ölkələr20:50
Türkiyə ilə Cənubi Koreya birgə AES inşa edə bilər
Region20:39
Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək
Energetika20:37
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün diplomatik səylərimiz davam edəcək
Region20:34
Foto
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının IV turu start götürüb
Fərdi20:32
Rusiya ordusu Xersonu atəşə tutub, ölənlər var
Digər ölkələr20:26
Foto
Rəşad Nəbiyev: Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir
Biznes20:18