Xorvatiya millisinin futbolçusu əməliyyat olunacaq
Futbol
- 08 fevral, 2019
- 06:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 fevral. REPORT.AZ/ Xorvatiya milli komandasının futbolçusu Şime Vrsalko gələn həftə sol dizindən əməliyyat olunacaq.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin sol dizindən aldığı zədə sağalmadığı üçün həkimlər onun əməliyyat olunmasını məsləhət görüblər. Vrsalkonun 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı təxmin edilir.
Hazırda icarə əsasında İtaliya "İnter"ində çıxış edən futbolçunun yayda yenidən İspaniya "Atletiko"suna qayıdışı gözlənilir.
Vrsalkonun Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə keçirəcəyi oyunu buraxacağı dəqiqdir.
Qeyd edək ki, görüş martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.
Manaf QASIMBƏYLİ
Son xəbərlər
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol
13:40
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Energetika
13:39
ABŞ-də "Halloween" günlərində silahlı insidentlər nəticəsində azı 15 nəfər ölüb
Digər ölkələr
13:35
SOCAR III rübdə 632 milyon kubmetrə yaxın qaz emal edib
Energetika
13:27
Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib
Futbol
13:22
Foto
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi