Millimizin hücumçusu Ukraynada klubunu dəyişir
Futbol
- 10 may, 2021
- 05:33
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukraynanın "Minay" klubundan ayrıla bilər.
"Report"un "Meta-ratings" nəşrinə isitnadən məlumatına görə, buna səbəb komandanın Premyer Liqanı tərk etməsidir.
25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə oyunçu azad agent statusu alacaq.
Futbolçunun xidmətində maraqlı olan komanda isə "Kolos"dur. Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən kollektiv avrokuboklar öncəsi heyətini gücləndirmək istəyir. Hücum xətti üçün nəzərdə tutulan əsas namizəd isə Nuriyevdir.
Qeyd edək ki, Anatoli Nuriyev bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vurub.
Son xəbərlər
13:43
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi həyata keçirilib
Digər ölkələr13:42
Orsk neft emalı zavodu PUA hücumu səbəbindən 6 ay fəaliyyət göstərməyəcək
Region13:32
"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək
Şou-biznes13:30
Foto
Marneulidə Nizami Gəncəvinin büstünün bərpadan sonra açılışı olub
Mədəniyyət siyasəti13:29
İncəsənət məktəbləri üçün 3 fənn üzrə tədris proqramları yenilənib
İncəsənət13:29
Abdulla Rzayev icarə əsasında "Araz-Naxçıvan"ın formasını geyinəcək
Futbol13:28
Azərbaycan Gürcüstana "Aİ-92" markalı benzinin satışını 3 dəfədən çox artırıb
Biznes13:15
Paşinyan: Ermənistan Aİİ-də Rusiya ilə eksklüziv münasibətlərə razı deyil
Region13:10