Millimizin heyəti açıqlandı
- 18 yanvar, 2021
- 05:31
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Joze Alesio Da Silva bu gün Bakı İdman Sarayında başlanacaq təlim-məşq toplanışına 20 futzalçı çağırıb. Onlardan Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.
| № | AD, SOYAD | KLUB |
| 1 | Ramiz Çovdarov | Araz |
| 2 | Rövşən Hüseynli | Araz |
| 3 | Emin Kürdov | EKOL |
| 4 | Rizvan Fərzəliyev | Araz |
| 5 | İsa Atayev | Araz |
| 6 | Xətai Bağırov | Araz |
| 7 | Hadi Ahmadi | Araz |
| 8 | Amir Şojae | Araz |
| 9 | Fineo De Araujo | Araz |
| 10 | Oqtay Rüstəmli | Neftçi |
| 11 | Tofiq Mikayılov | EKOL |
| 12 | Oruc Bəxşəlizadə | Neftçi |
| 13 | Kənan Manafov | Neftçi |
| 14 | Samir Həmzəyev | EKOL |
| 15 | Nihad İsmayılov | klubsuz |
| 16 | Oliveira Villiams “Vassoura” | klubsuz |
| 17 | Eduardo Borges | Halle Gooik (Belçika) |
| 18 | Everton Kardoso “Qalo” | Levante (İspaniya) |
| 19 | Rafael Vilela | Palma Futsal (İspaniya) |
| 20 | Teles Martins Tyaqo “Bonilla” | Salines Tuzla City (Bosniya və Herseqovina) |
Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.