Millimizin futbolçusu məhkəmə qarşısında: 3 il həbs oluna bilər
Futbol
- 06 oktyabr, 2020
- 05:32
Azərbaycan millisinin və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.
"Report" "futbolbalear.es" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.
İsrafilovla yanaşı, sözügedən oyunçular barədə də qərar veriləcək. Günahları sübuta yetirilərsə, Enriç və Luna 5 il, İsrafilov isə 3 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Onlar eyni zamanda zərərçəkmişə təzminat da ödəməli olacaqlar.
San-Sebastyan cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir.
Son xəbərlər
15:04
Ceyhun Bayramov: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir
Xarici siyasət15:01
Sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir - RƏY
Daxili siyasət14:59
Fərid Pərdəşünas: Azyaşlıların sosial mediadan istifadəsi böyük təhlükə yaradır
Sosial müdafiə14:56
Ceyhun Bayramov və Toşimitsu Moteqi ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Xarici siyasət14:53
Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər
Digər ölkələr14:49
Ukrayna Krıma gedən körpünü partladıb
Digər ölkələr14:45
Məktəblərdə dərsliklərin yığılmasına başlanılıb
Elm və təhsil14:44
Rəy
Fransadan narazı qalan Yunanıstan – Parisi Ankaraya qısqanan Afina
Analitika14:42