Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu
Futbol
- 12 sentyabr, 2020
- 05:04
Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qollarını vurub.
"Report"un məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu "Las-Veqas Layts" komandası ilə ev matçında dubla imza atıb.
Meydana start heyətdə çıxan Dadaşov 27-ci dəqiqədə hesabı açıb. Forvard 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Qarşılaşma "Finiks Rayzinq"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın matçında uzun müddətdən sonra məhdud sayda azarkeş olub.
Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.
Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.
Millimizin futbolçusu ABŞ-da növbəti qollarını vurdu
Son xəbərlər
23:08
XXV Qış Olimpiya Oyunları: Güclü qar səbəbindən yarış təxirə salınıb
Fərdi23:05
ABŞ qoşunları terrorizmə qarşı mübarizə üçün Nigeriyaya gedib
Digər ölkələr22:57
"Sabah"ın qapıçısı: "Uzun müddətdir belə ağır və dramatik qarşılaşma olmamışdı"
Futbol22:51
Əraqçi Omanın XİN rəhbəri ilə görüşdə İranın mövqeyini açıqlayıb
Digər ölkələr22:38
Əfsanəvi amerikalı aktyor Robert Dyuval vəfat edib
Şou-biznes22:30
İsrail Livanın cənubuna zərbə endirib
Digər ölkələr22:18
İranın XİN rəhbəri və Rafael Qrossi ABŞ ilə nüvə danışıqlarını müzakirə ediblər
Digər ölkələr22:15
Kobaxidze: Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasını müzakirə etməyib
Region22:09