Millimiz 3 yoldaşlıq matçı keçirəcək
- 27 may, 2021
- 08:24
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı başlayıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 31-dək Bakıda hazırlaşacaq yığma daha sonra ölkə xaricinə yollanacaq.
Kollektiv iyunun 1-dən 3-dək Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək.
U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Yığma iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.
Təlim-məşq toplanışına 22 futbolçu dəvət olunub.
| 1 | Ramazanov Amin | Lokomotiv (Rusiya) |
| 2 | Tağızadə Eldar | Clermont Foot (Fransa) |
| 3 | Həsənov Rəşad | Keşlə |
| 4 | Hüseynov Cəlal | Zirə |
| 5 | Ağayev Nihad | Sumqayıt |
| 6 | Babayev Hüseyn | Neftçi |
| 7 | Pesotski Nikita | Stroqino (Rusiya) |
| 8 | Mədətov Ülvü | Qəbələ |
| 9 | Əhmədov Mirəli | Neftçi |
| 10 | Əsədov Zöhrab | Qarabağ |
| 11 | Rüstəmli Rauf | Qəbələ |
| 12 | Əliyev Xəyal | Sabah |
| 13 | Oral Yusuf | Beşiktaş (Türkiyə) |
| 14 | Vardar Berkay | Beşiktaş (Türkiyə) |
| 15 | Kazımov Kamal | Kasımpaşa (Türkiyə) |
| 16 | Qənbərov Vüsal | Keşlə |
| 17 | Ağayev Mahmud | Zirə |
| 18 | Baxşalı Mehrac | Qəbələ |
| 19 | Əsədov Gülağa | Qəbələ |
| 20 | Qarayev Taleh | Qəbələ |
| 21 | Musazadə Musa | Qarabağ |
| 22 | Canıyev Mirmövsüm | Qarabağ |