Qazaxıstan millisi Azərbaycana rəqib olub, Estoniya D Liqasına düşüb

Futbol
  • 29 mart, 2022
  • 17:50
Qazaxıstan millisi Azərbaycana rəqib olub, Estoniya D Liqasına düşüb

UEFA Millətlər Liqasının pley-off mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, cavab oyununda evdə Estoniyanı 2:0 hesabı ilə məğlub edən Kipr millisi C Liqasındakı yerini qoruyub. Meydan sahiblərinin heyətində qolları 19-cu dəqiqədə Marinos Tsionis və 51-ci dəqiqədə Pieros Sotiryu vurublar. Komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə yekunlaşmışdı.

İki oyunun nəticəsinə əsasən, Kipr yığması C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, Estoniya isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart

18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 5:4)

İlk oyun - 2:1

20:00. Kipr - Estoniya - 2:0

İlk oyun - 0:0

20:43

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.

"Report"un məlumatına görə, C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib.

İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub.

İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.

Qeyd edək ki, digər pley-off matçında Kipr seçməsi Estoniyanı qəbul edir. Bu komandaların ilk duelində hesab açılmayıb.

UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart

18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 5:4)

İlk oyun - 2:1