"Milan" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 16 mart, 2025
  • 14:11
Milan yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Milan" klubu yarımmüdafiəçi Kristian Pulişiçlə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.

26 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilə kimi nəzərdə tutulub. Həmçinin onun maaşı da artırılacaq.

Futbolçu bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 38 oyunda 15 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serjiu Konseysaunun baş məşqçisi olduğu komanda hazırda İtaliya A Seriyasında 29 turdan sonra 47 xalla yeddincidir.