"Milan" Mancukiçin transferini açıqladı
Futbol
- 19 yanvar, 2021
- 11:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" xorvatiyalı hücumçu Mario Mancukiçlə müqavilə imzalayıb.
35 yaşlı forvard ən azı 2020/2021 mövsümünün sonunadək Milan şəhərinin eyniadlı təmsilçisinin formasını geyinəcək. Təcrübəli oyunçu ilə sözləşmənin müddəti yayda daha 1 il müddətinə uzadıla bilər.
Qeyd edək ki, Mario Mancukiç daha əvvəl İtaliyada "Yuventus"un şərəfini qoruyub. O həmçinin Almaniyada "Volfsburq" və "Bavariya", İspaniyada "Atletiko"nun uğurları üçün çalışıb. Hücumçu sonuncu dəfə martın 7-də Qətərin "Əl-Duhail" komandasının heyətində meydana çıxıb.
Son xəbərlər
16:34
Azərbaycanda dayanıqlılıq hesabatlılığının inkişafı müzakirə olunub
Maliyyə
16:32
Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək
Maliyyə
16:26
Dövlət Turizm Agentliyi gələn il büdcədən 42 milyon manat alacaq
Maliyyə
16:19
Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
Sosial müdafiə
16:11
Foto
İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib
Xarici siyasət
16:11
Taleh Kazımov: "Valyuta bazarında təklifin tələbi üstələməsinin iqtisadi aktivliklə əlaqəsi yoxdur"
Maliyyə
16:10
Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
Xarici siyasət
16:08
"Ermənistan Elektrik Şəbəkələri" işi üzrə 36 nəfərin saxlanılması ilə bağlı qərar qəbul edilib
Region
16:06
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət