"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

Futbol
  • 30 avqust, 2022
  • 18:50
Milan İtaliya çempionatında turun açılış matçında xal itirib

İtaliya A Seriyasının IV turunun açılış matçında son çempion "Milan" xal itirib.

"Report" xəbər verir ki, "qırmızı-qaralar" səfərdə "Sassuolo"nun müqavimətini qıra bilməyib.

Görüş qolsuz heç-heçə ilə başa çatıb.

"Milan" qələbə qazana bilməsə də, xalını 8-ə yüksəldərək, turnir cədvəlinin vahid liderinə çevrilib. "Sassuolo" isə 5 xalla 10-cu yerdə gedir.