"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib
Futbol
- 21 avqust, 2024
- 07:40
İtaliyanın "Milan" klubu portuqaliyalı hücumçusu Rafael Leau üçün İspaniya təmsilçisi "Barselona"dan 175 milyon avro tələb edib.
"Report" “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu heyətində görmək istəyən Kataloniya klubu bu məbləği ödəmək fikrində deyil.
Tələb edilən yüksək məbləğ üzündən transferin reallaşacağı inandırıcı olmasa da, futbolçu "Barselona"da oynamaq niyyətindədir.
Qeyd edək ki, Rafael Leau ötən mövsüm İtaliya klubunun heyətində meydana çıxdığı 47 oyunda 15 qol və 14 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunu 90 milyon avro dəyərində qiymətləndirir.
Son xəbərlər
17:47
Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb
Futbol17:45
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
İnfrastruktur17:39
Xorvatiya ordusuna 544 milyon avro dəyərində yeni silah sistemləri alınacaq
Digər ölkələr17:33
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Region17:30
TAP: Albaniyada qaz nəqli üçün yeni çıxış nöqtəsi oktyabrın 1-dən istifadəyə veriləcək
Energetika17:30
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi "Slaviya" futbolçusunu icarəyə verib
Futbol17:25
Bu il ali təhsil müəssisələrinin 13-də plan yeri 100% dolub
Elm və təhsil17:23
Azərbaycan cüdoçusu Məhəmməd Musayev: "Hər görüşüm ağır keçsə də, Avropa çempionu oldum"
Fərdi17:20