"Milan" ingiltərəli futbolçunu transfer edib

Futbol
  • 04 iyul, 2023
  • 08:10
Milan ingiltərəli futbolçunu transfer edib

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Çelsi"sindən Ruben Loftus-Çik transfer olunub.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2014-cü ildən indiyədək London təmsilçisində 103 matçda meydana çıxıb. İngiltərəli oyunçu 2017/2018 mövsümündə “Kristal Pelas”a, 2020/2021 mövsümündə "Fulhem"ə icarəyə verilib.