Miksu Paatelaynen: “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq”

Futbol
  • 06 iyun, 2018
  • 06:45
Miksu Paatelaynen: “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq”

Bakı. 6 iyun. REPORT.AZ/ “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq”.

“Report” delfi.lv saytına istinadən xəbər verir ki, bunu Latviya yığmasının baş məşqçisi Miksu Paatelaynen iyunun 9-da Riqada Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

Əlli bir yaşlı mütəxəssis bildirib ki, "Dauqava" stadionunda baş tutacaq görüş komandası üçün çətin olacaq: “Heç bir görüş bizim üçün asan keçməyəcək. Sentyabrda start götürəcək Millətlər Liqasınadək mümkün qədər çox futbolçuya baxmaq istəyirəm”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

44 - Tezliklə