Mika Baur Almaniya millisinin tarixində meydana çıxan 1000-ci futbolçu olub

Futbol
  • 02 oktyabr, 2026
  • 11:17
Mika Baur Almaniya millisinin tarixində meydana çıxan 1000-ci futbolçu olub

Şotlandiyanın "Seltik" klubunun futbolçusu Mika Baur Almaniya millisinin tarixinə düşüb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yığmanın heyətində meydana çıxan 1000-ci oyunçu olub.

Onun debütü Serbiyaya qarşı UEFA Millətlər Liqasının matçına təsadüf edib.

Xatırladaq ki, Almaniya millisi rəqibini iki cavabsız qolla üstələyib.