Messinin möhtəşəm qolunda "Barselona"nın bütün futbolçuları iştirak etdi
- 09 avqust, 2020
- 07:30
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin İtaliya "Napoli"si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə vurduğu qol xeyli baxımlı alınıb.
"Report"un məlumatına görə, argentinalı hücumçu cərimə meydançasına daxil olduqdan sonra rəqibin 3 oyunçusunu keçib və yerə yıxılmasına baxmayaraq, topu qapının uzaq küncünə göndərib. Bu qol epizodunda "Barselona"nın bütün 11 oyunçusu topa toxunub.
Qeyd edək ki, "Napoli" Lionel Messinin Çempionlar Liqasında məyus etdiyi 35-ci komanda olub. "Barselona" 3:1 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib.
â½ï¸ «ÐаÑÑелона» â «Ðаполи» 2:0. ÐÐ¸Ð¾Ð½ÐµÐ»Ñ ÐеÑÑи
— ÐаÑÑ Ð¢Ð (@MatchTV) August 8, 2020
Ðа ÑÑом видео еÑÑÑ Ð³ÐµÐ½Ð¸Ð¹ ð¥ РпÑÑмом ÑÑиÑе за ним можно (и нÑжно) ÑледиÑÑ Ð·Ð´ÐµÑÑ: https://t.co/IPONxPzoe6 pic.twitter.com/BY2N3CLCgh