Messinin dublu və ötürməsi "İnter Mayami"yə "Nyu-York Siti" üzərində qələbə qazanmağa kömək edib
Futbol
- 25 sentyabr, 2025
- 06:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Nyu-York Siti" futbol komandasının "İnter Mayami"ni qəbul etdiyi MLS matçı başa çatıb.
"Report" xəbər verir ki, Nyu-Yorkdakı "Siti Feld" stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentinalı ulduz hücumçu Lionel Messi matçda dubl və məhsuldar ötürmə ilə fərqlənib. Uruqvaylı hücumçu Luis Suares və argentinalı hücumçu Baltasar Rodriqes də hərəyə bir qol vurublar.
Bununla da "İnter Mayami" ardıcıl üçüncü qələbəsini qazanıb. "Nyu-York Siti"nin üç oyunluq qələbə seriyası başa çatıb.
"İnter Mayami" bu qələbə ilə 29 oyundan sonra 55 xalla Şərq Konfransında üçüncü pilləyə yüksəlib. "Nyu-York Siti" 31 oyundan sonra 53 xalla eyni konfransda beşincidir.
Son xəbərlər
12:26
Sabahın hava proqnozu açıqlanıb
Ekologiya
12:07
Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"
Komanda
11:52
Aleksandar Vuçiç xanımı ilə birlikdə səsvermədə iştirak edib
Digər ölkələr
11:45
Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Digər ölkələr
11:39
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Digər ölkələr
11:38
İzabel Bearune: Dünya çempionatında iştirak etmək gənclərimiz üçün böyük fəxrdir
Komanda
11:27
Foto
Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər
Futbol
11:08
Foto
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Hadisə
11:01
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət