Messi Tyerri Anrinin nailiyyətini təkrarlayıb
Futbol
- 06 iyul, 2025
- 10:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi vaxtilə ABŞ-nin MLS Liqasında çıxış etmiş Tyerri Anrinin nailiyyətini təkrarlayıb.
“Report” “MLS Communications”a istinadən xəbər verir ki, o, ABŞ çempionatında 38 yaşında ardıcıl üç oyunda ən azı iki qol vuran və bir məhsuldar ötürmə edən dördüncü oyunçu olub.
Bunu daha əvvəl, 2012-ci ildə fransalı hücumçu Tyerri Anri reallaşdırıb. Anri və Messidən əvvəl yalnız kolumbiyalı Dieqo Serna (2001-ci il) və amerikalı Ante Razov (1999-cu il) MLS-də oxşar uğurla yadda qalıb.
Qeyd edək ki, L.Messi mayın 25-dən bəri keçirdiyi üç oyunda 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər
21:06
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Hadisə
21:03
Qaradağ rayonunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
İnfrastruktur
20:43
Foto
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Xarici siyasət
20:42
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək
Digər ölkələr
20:36
XİN: AK-ın hesabatındakı qeyri-dəqiqliklər anti-Gürcüstan narrativlərini gücləndirir
Region
20:30
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Digər ölkələr
20:09
Foto
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub
Xarici siyasət
20:00
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır
Xarici siyasət
19:58
Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir
Xarici siyasət