Messi: Futbol mənim üçün puldan önəmlidir
- 31 yanvar, 2021
- 04:05

"Barselona" futbol komandasının 33 yaşlı argentinalı hücumçusu Lionel Messi futbolun şəxsi həyatındakı əhəmiyyətindən danışıb.
Bu barədə “Report” “BarçaTimes"ə istinadən xəbər verir.
"Pul daha yaxşı yaşamağa imkan verir, amma o mənə ilham vermir. Mən futbol oynamaq üçün yaşayıram, onun maliyyə xeyrinə görə yox. Mən özüm üçün deyil, komanda üçün oynayıram", - Messi deyib.
Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay Katalon klubundan getməyə cəhd edib, ancaq sonra komandada qalmağa qərar verib. Otuz üç yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və PSJ-dir.
Cari mövsümdə kapitan "Barselona"da 23 matçda iştirak edərək 15 qol vurub, 6 məhsuldar ötürmə edib.
️ [El Mundo] | Messi: "Money allows you to live better, but it's not what inspires me. I live to play football not for its financial benefits. I don't play for myself, I play for the team." pic.twitter.com/mvRLwQWVik
— BarçaTimes (@BarcaTimes) January 30, 2021