Messi karyerasında ikinci dəfə oyundan qovulub - VİDEO
Futbol
- 07 iyul, 2019
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentinanın futbol üzrə yığmasının kapitanı Lionel Messi Amerika Kubokunun 3-cü yeri uğrunda Çili komandasına qarşı matçın 37-ci dəqiqəsində oyundan qovulub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Bu Messinin karyerası ərzində ikinci dəfə oyundan qovulması olub. Otuz iki yaşlı futbolçuya 14 il əvvəl, Macarıstanda yoldaşlıq oyununda qırmızı kart göstərilib.
Qeyd edək ki, argentinalı hücumçu oyundan sonra hakimliyə qarşı etiraz əlaməti olaraq Amerika Kubokunun bürünc medalını almaqdan imtina edib.
Cənubi Amerika Futbol Konfederasiyası öz növbəsində Messinin davranışını təşkilata qarşı hörmətsizlik adlandırıb.
Son xəbərlər
19:22
ABŞ-nin Yunanıstandakı səfiri istefaya göndərilib
Digər ölkələr
19:20
Foto
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib
Daxili siyasət
19:10
Saxalində yaponiyalı jurnalist casusluq şübhəsi ilə saxlanılıb
Region
19:08
Xəzər İbrahim: Azərbaycan dini icmalar arasında sülh şəraitində birgəyaşayışı təşviq edir
Region
19:07
Foto
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Milli Məclis
19:00
"Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib
Region
18:45
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Region
18:37
AMB kreditlərdə xalis gəlirin 5 misli ilə məhdudlaşdırmanın nəticələrini açıqlayıb
Maliyyə
18:35
Foto
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Xarici siyasət