Messi karyerasında 700-cü qolunu vurub
Futbol
- 30 iyun, 2020
- 21:38
Lionel Messi
Futbol üzrə Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.
“Report” xəbər verir ki, hücumçu İspaniya La Liqasının 33-cü turunun Madrid "Atletiko"su ilə matçında 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.
Qeyd edək ki, hazırda matçın 2-ci hissəsi gedir. “Barselona” 2:1 hesabı ilə öndədir.
Messi "Barselona"da keçirdiyi 724 matçda 630 qol vurub. Onun hesabında həmçinin Argentina yığması heyətində 138 matçda 70 qol var.
33 yaşlı Messi "Barselona" İspaniyanın cari çempionatının 28 matçında 22 qol vurub, 17 məhsuldar ötürmə edib. Oyunçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.
Onun aktivində həmçinin Çempionlar Liqasının altı matçında iki qol və üç məhsuldar ötürmə var.
Son xəbərlər
05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08