Messi ildə 100 milyon avrodan çox qazanaraq dünya futbolu tarixində rekord vurub

Futbol
  • 12 yanvar, 2018
  • 19:14
Messi ildə 100 milyon avrodan çox qazanaraq dünya futbolu tarixində rekord vurub

Bakı. 12 yanvar. REPORT.AZ/ “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin gəlirləri barədə məlumat açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə “L'Équipe” “Mediapart”a istinadən məlumat yayıb.

Qeyd edilir ki, Messi 2017-ci ildə “Barselona” ilə yeni müqavilə imzalayıb. Mətbuatın məlumatına görə, o, 4 ildə 400 milyon avrodan çox qazanıb.

KİV-in məlumatına görə, dünya futbolu tarixində heç bir oyunçu mövsümdə 100 milyon avrodan çox qazanmayıb.

44 filmi