Messi ad günündən öncə "Barselona"da yeni göstəriciyə imza atıb
Futbol
- 24 iyun, 2020
- 00:29
Lionel Messi
Futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi "Barselona"dakı karyerasında 250-ci məhsuldar ötürməsini edib.
"Report"un məlumatına görə, bu barədə ESPNFC özünün “Twitter”dəki səhifəsində bildirib.
Xatırladaq ki, "Barselona" İspaniya La Liqasının 31-ci turunun matçında "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 71-ci dəqiqədə Messinin ötürməsi ilə İvan Rakitiç vurub.
"Barselona" 68 xal toplayaraq "Real"ı 3 xalq qabaqlayaraq İspaniya La Liqasının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" 42 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.
Cari mövsümdə Messi La Liqada 26 matçda iştirak edərək, 21 qol vurub, 15 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu gün Messinin doğum günüdür. Futbolçunun 33 yaşı tamam olur.
Son xəbərlər
18:29
Elnur Əliyev: "Sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritetlərindəndir"
Biznes18:25
ARDNF-in yeni investisiya xəritəsi: Çin və Cənub-Şərqi Asiyaya açılan "kapital dəhlizi" - TƏHLİL
Analitika18:23
Şəmkirdə istixanada yanğın baş verib
Hadisə18:18
Mikel Arteta "Arsenal"la uzunmüddətli müqavilə imzalamağa yaxındır
Futbol18:00
Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Elm və təhsil17:58
"Botafoqo" Hakim Ziyeşin transferini açıqlayıb
Futbol17:56
TDT ölkələri arasında cinayətkarlıqla mübarizə üzrə məlumat mübadiləsi genişləndirilir
Region17:55
Foto
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar
İnfrastruktur17:44