Messi 5-ci dəfə "Qızıl buts"un sahibi olub
Futbol
- 20 may, 2018
- 21:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 may. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi 2017-2018 mövsümünün yekununda "Qızıl buts" mükafatının sahibi olub.
"Report"un məlumatına görə, argentinalı hücumçu başa çatan La Liqada 36 oyuna 34 qol vurub.
Bununla da 68 xal yığan Messi İngiltərə "Liverpul"unun forvardı Məhəmməd Salahı (Premyer Liqada 36 oyuna 32 qol) üstələyib. Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.
Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.
Son xəbərlər
22:11
"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido: "Nəticə ilə barışmalıyıq"
Futbol
22:09
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 24-ə çatıb - Yenilənib
Digər ölkələr
21:54
Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq
Energetika
21:52
Rusiyaya PUA hücumundan sonra Qazaxıstanın Atırau-Samara kəmərində neftin nəqli dayandırılıb
Region
21:50
Bakının dörd rayonunda işıq kəsiləcək
Energetika
21:42
Zaur Həşimov: "Sumqayıtdan 1 xalla döndüyümüz üçün sevincliyəm"
Futbol
21:37
Demokratlar Konqresdə idarəetməni ələ alsa, Donald Tramp İlon Maskı həbsdən qoruyacaq
Digər ölkələr
21:27
SEPAH: İranda terror aktının qarşısı alınıb
Region
21:18
"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək
Futbol