Məşqə rəqib komandanın formasında gələn futbolçu bazaya buraxılmadı
Futbol
- 06 yanvar, 2021
- 13:23

Belçikanın "Antverpen" klubunun futbolçusu Didye Lamkel Ze kuryoz hadisə ilə diqqət mərkəzinə düşüb.
"Report" COPA90 tvitter səhifəsinə istinadən xəbər verir ki, kamerunlu hücumçu komandasının məşqinə çempionatdakı əsas rəqibləri olan "Anderlext"in formasında gəlib.
Nəticədə bazanın əməkdaşları onu içəri buraxmayıblar. 24 yaşlı forvard qapını açmağa cəhd etsə də, buna nail ola bilməyib.
İddiaya görə, Yunanıstan "Olimpiakos"una transfer olmaq istəyən futbolçu kluba təzyiq etmək və keçidi sürətləndirmək üçün bu addımı atıb.
Qeyd edək ki, Didye Lamkel Ze 2018-ci ildən "Antverpen"də çıxış edir. Onun komandası 19 turdan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 32 xalla "Anderlext" başçılıq edir.
Son xəbərlər
10:52
Ötən ay 12 nəfər Azərbaycana readmissiya olunub
Daxili siyasət10:52
Bakıda Türk dünyası ilə bağlı beynəlxalq simpozium keçiriləcək
Elm və təhsil10:51
Nazir: Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Digər10:51
Pakistan və Azərbaycan İslamabadda "ASAN Xidmət" mərkəzinin yaradılması barədə razılığa gəliblər
Xarici siyasət10:40
Azərbaycan və Qazaxıstan dövlət maliyyəsində şəffaflığı müzakirə edib
Maliyyə10:37
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
Digər ölkələr10:30
Zaur Mikayılov: "Su siyasəti yalnız dövlətin deyil, bütün cəmiyyətin məsuliyyətidir"
İnfrastruktur10:20
Foto
Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib
Xarici siyasət10:17