Mərakeşin Afrika Millətlər Kubokunun təşkilindən əldə edəcəyi gəlir açıqlanıb
Futbol
- 24 dekabr, 2025
- 16:53
Mərakeşin Afrika Millətlər Kubokunun təşkilinə görə əldə edəcəyi gəlir açıqlanıb.
"Report"un "Əl-Ərəbiyə" telekanalına istinadən məlumatına görə, ölkə turnirin keçirilməsinə görə 1,2 milyard dollar qazana bilər.
Mərakeşin təxminən 1 milyona yaxın xarici qonaq qəbul edəcəyi, bu səbəbdən mehmanxana sektoru, nəqliyyat, kafe və restoranların gəlirlərinin 1,2 milyard dollara qədər olacağı bildirilib. Bununla yanaşı, Mərakeşin oyunların yayım hüquqlarının satışından 22,5 milyon dollar qazanacağı qeyd edilib.
Mərakeş mətbuatının məlumatına görə, ölkə turniri keçirmək üçün infrastrukturun qurulmasına təxminən 16 milyard dollar xərcləyib.
Qeyd edək ki, dekabrın 22-də startı verilən Afrika Millətlər Kuboku 2026-cı il yanvarın 18-də yekunlaşacaq.
Son xəbərlər
17:18
"Real" Niderland klubunun 19 yaşlı yarımmüdafiəçisi ilə maraqlanır
Futbol17:06
Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
Biznes17:02
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sağlamlıq16:30
Azərbaycan noyabrda asfalt istehsalını 3 dəfə artırıb
Sənaye16:23
Foto
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb
Fərdi16:17
"Araz-Naxçıvan"ın icraçı direktoru: "Elmar Baxşıyevlə ilk görüşdə razılıq əldə olunmuşdu" - MÜSAHİBƏ
Futbol16:09
Litva Ottava Konvensiyasından çıxıb
Digər ölkələr15:45
"Barselona" iki müdafiəçini heyətinə qatmaq istəyir
Futbol15:45