Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
  • 13 oktyabr, 2022
  • 05:19
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb
Məhəmməd Salah

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında iki rekorda imza atıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli forvard 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb.

Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus olub. 37 yaşlı hücumçu 2011-ci ildə Fransa "Lion"unda çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə 8 dəqiqəyə 3 qol vurub.

Bundan əlavə, Məhəmməd Salah qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu ünvanına da sahib çıxıb. Çempionlar Liqasındakı qollarının sayını 45-ə yüksəldən hücumçu Kot d İvuardan olan Didye Droqbanı (44 qol) geridə qoyub.

44 filmi