Mbappe Fransanın ən nüfuzlu şəxsləri siyahısında liderdir

Futbol
  • 07 yanvar, 2022
  • 10:16
Mbappe Fransanın ən nüfuzlu şəxsləri siyahısında liderdir

"L Equipe" nəşri Fransa futbolunda ən görkəmli 30 şəxsin siyahısını dərc edib.

"Report"un məlumatına görə, reytinq cədvəlinin birinci pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe yer alıb.

İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema ikinci, PSJ-nin digər ulduzu Lionel Messi üçüncüdür.

"Lill"ə çempionluq titulu qazandırmış baş məşqçi Kristof Qaltye 7-ci pillədən 4-cü yerə qalxıb. Əvəzində fransalı qadın referi Stefani Frappar 18-ci mövqeyə enib.

44 - Tezliklə