Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Futbol
- 12 yanvar, 2026
- 10:05
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçisi Maykl Kerrikin yaxın vaxtlarda komandanın baş məşqçisi təyin olunacağı gözlənilir.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
Klubun rəhbərliyi və "INEOS" şirkəti ilə uğurlu danışıqlar aparan M.Kerrik hazırda bu vəzifəyə əsas namizəddir. O, bu postda hazırda baş məşqçi vəzifəsini müvəqqəti icra edən Darren Fletçeri əvəzləyə bilər. Yeni təyinatın bu həftə ərzində rəsmən elan olunacağı gözlənilir.
Namizədlər arasında adı hallanan digər mütəxəssis isə komandanın sabiq çalışdırıcısı Ule Qunnar Sulşerdir.
Qeyd edək ki, "Mançester Yunayted" yanvarın 5-də Ruben Amorimin baş məşqçi postundan ayrıldığını açıqlayıb.
Son xəbərlər
11:13
Elnur Əliyev: Şagirdlər açıq tipli suallarda bəzən Türkiyə türkcəsindən istifadə edirlər
Elm və təhsil11:11
"Bavariya"nın 13 illik seriyası davam edir
Futbol11:06
Foto
Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar
Xarici siyasət11:06
Fərid Qayıbov: "Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır"
Fərdi11:02
Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Sənaye10:56
Foto
Azərbaycan oxatanları Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusda medal qazanıblar
Fərdi10:53
Foto
AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib
İnfrastruktur10:52
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Hadisə10:51