Massimiliano Alleqri "Arsenal"a keçməyə razılıq verib

Futbol
  • 05 mart, 2017
  • 07:46
Massimiliano Alleqri Arsenala keçməyə razılıq verib

Bakı. 5 mart. REPORT.AZ/ Londonun "Arsenal" klubu komandaya yeni baş məşqçi dəvət etməyi planlaşdırır.

"Report" xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssis Massimiliano Alleqri İngiltərə klubuna rəhbərlik etməyə hazırdır.

Tərəflər artıq sövdələşmə ilə bağlı şifahi razılıq əldə ediblər. Əgər "topçular"ın hazırkı baş məşqçisi Arsen Venger komanda ilə müqaviləni uzatmaqdan imtina edərsə, o zaman "Yuventus"un rəhbəri növbəti mövsümün əvvəlində ingilis klubuna keçəcək.

44 - Tezliklə