Mario Balotelli: Yığmaya çağırılsam, Türkiyədən İtaliyaya piyada gedərəm"
- 18 noyabr, 2021
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya yığmasına qayıtmaq istəyindən danışıb.
"Report"un məlumatına görə, 31 yaşlı hücumçu hazırda özünü əla formada hiss etdiyini bildirib. O, 2,5 il aradan sonra milli komandaya dönməyə hazır olduğunu vurğulayıb: "Bu, mənim arzumdur. Martda yığmanın sifariş ərizəsində olacağımı bilsəm, Türkiyədən İtaliyaya piyada gedərəm".
Balotelli 2021/2022 mövsümündə Superliqada 12 oyuna 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub. İtaliya yığması dünya çempionatının seçmə mərhələsində qrupu ikinci pillədə bitirib və pley-off mərhələsinə vəsiqə qazanıb. İlk pilləni tutan İsveçrə millisi Qətərdə təşkil olunacaq mundiala birbaşa vəsiqə qazanıb. İlk pley-off oyunları 24-25 martda, növbəti qarşılaşmalar isə 28-29 martda olacaq.