Mario Balotelli İtaliya millisinə qayıdır
Futbol
- 22 yanvar, 2022
- 13:19
Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə qayıdır.
"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano bildirib.
Yığmanın baş məşqçisi Roberto Mançini 32 yaşlı hücumçuya yeni şans verəcək. Qərar yaxın zamanda rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə "Adana Demirspor"a keçib. Hücumçu cari mövsüm 20 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli forvard 2010 - 2018-ci illərdə İtaliya seçməsinin formasını geyinib.
Son xəbərlər
05:44
Husilər Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə zərbə endirib
Digər ölkələr05:14
Kolumbiyada zəlzələdən sonra beş hava limanı fəaliyyətini bərpa edib
Digər ölkələr04:35
KXDR-in atdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ətrafına düşüb
Digər ölkələr04:08
Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb
Region03:54
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
Digər ölkələr03:21
Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
Digər ölkələr02:46
Video
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Digər ölkələr02:18
Zelenski: Kəşfiyyat Rusiyanın payızda səfərbərliyə hazırlaşdığını təsdiqləyir
Digər ölkələr01:57