Mario Balotelli 3 ildən sonra İtaliya millisinə qayıdıb
Futbol
- 24 yanvar, 2022
- 18:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə çağırılıb.
"Report" İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Mançinin DÇ-2022-nin seçmə mərhələsinin pley-off matçları üçün dəvət göndərdiyi 35 oyunçu arasında 32 yaşlı hücumçunun da adı var.
Təcrübəli forvard 3 illik fasilədən sonra milli komandaya qayıdıb. O, sonuncu dəfə 2018-ci ilin sentyabrında Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) yığmanın formasını geyinib.
Qeyd edək ki, İtaliya millisi pley-off-da martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.
Son xəbərlər
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr