"Mançester Yunayted" Niderland millisinin ulduzu üçün danışıqlara başlayıb
- 23 dekabr, 2022
- 19:43
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin futbolçusu Kodi Qakponun transferi üçün PSV ilə danışıqlara başlayıb.
"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" 23 yaşlı hücumçu ilə bağlı Eyndhoven təmsilçisinə rəsmi təklif göndərib.
Maliyyə problemi ilə üzləşən PSV-nin gənc forvardı qış transfer pəncərəsində 50 milyon avroya satmağa hazır olduğu bildirilib.
Mankunyanların baş məşqçisi Erik ten Haq hesab edir ki, Qakponun keçidi Premyer Liqada ilk "4-lüy"ə düşmək şanslarını artıra bilər. Niderlandlı mütəxəssisin fikrincə, həmyerlisinin gəlişi kollektivə aqressiya və qələbə ruhu gətirəcək.
Qeyd edək ki, Niderland millisinin heyətində Qətərdəki dünya çempionatında 5 oyuna 3 qol vuran Kodi Qakpo ilə İngilətərənin "Lids" və "Sautgempton" klubları da yaxından maraqlanır.