"Mançester Yunayted" "Liverpul"a qalib gəlib
Futbol
- 22 avqust, 2022
- 20:53
Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.
"Report"un məlumatına görə, turun son matçında mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 82-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.
Cari mövsümd ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" başçılıq edir.
Son xəbərlər
23:12
UEFA İnfantinonun FIFA-ya rəhbər seçilməsinə qarşıdır
Futbol22:57
Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır
Digər ölkələr22:54
UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
Futbol22:49
Foto
Video
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
Futbol22:31
Foto
Uluqbəydən Tilla-Kariyə: Media forumu iştirakçıları Registanın tarixi haqqında məlumat əldə ediblər
Region22:11
Foto
"Qarabağ" Dortmund "Borussiya"sının yetirməsi Reda Xadranı transfer edib
Futbol22:00
Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək
Fərdi21:57
Foto
"Qarabağ" nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb
Futbol21:42