"Mançester Yunayted" "Everton"a qalib gəlib
Futbol
- 09 oktyabr, 2022
- 20:22
“Everton” doğma meydanda “Mançester Yunayted”ə 2:1 hesabı ilə məğlub olub.
“Report” xəbər verir ki, oyun Liverpulun “Qudison Park” stadionunda baş tutub.
Matçın beşinci dəqiqəsində “Everton”un hücumçusu Aleks Ayobi hesabı açıb. On dəqiqə sonra qonaq komandanın hücumçusu Antoni tabloda hesabı bərabərləşdirib. Matçın ilk hissəsinin sonunda “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldu komandasını hesabda irəli çıxarıb. 81-ci dəqiqədə qonaqların hücumçusu Markus Reşford komandasının 3-cü qolunu vursa da, VAR-a baxdıqdan sonra hakimlər əllə oyuna görə qolu ləğv ediblər.
Beləliklə, səkkiz matçdan sonra aktivində 15 xal olan “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Everton” 10 xalla 12-ci pillədədir.
Son xəbərlər
04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Digər ölkələr02:37
Barro: Fransa İranın iki diplomatını ölkədən çıxarır
Digər ölkələr02:03
CNN: Tramp İranla danışıqların dayandırılmasını əmr edib
Digər ölkələr01:36
"Apple" AK-nın şərhlərindən sonra "App Store"un qaydalarına dəyişiklik edir
İKT01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr00:49