"Mançester Yunayted" dünya çempionu ilə uzunmüddətli müqavilə imzalayır

Futbol
  • 16 iyul, 2020
  • 06:44
Mançester Yunayted dünya çempionu ilə uzunmüddətli müqavilə imzalayır
Pol Poqba

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Pol Poqba ilə müqavilənin müddətini uzadacaq. 

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 5 illik sözləşməyə imza atacaq. 

Fransa millisinin üzvü artıq klubdan ayrılmaq istəmir və komandadakı durumundan məmnundur. 

Qeyd edək ki, Pol Poqba Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. O, cari mövsüm "Mançester Yunayted"də uzun müdddət zədəli olduğu üçün 15 oyun keçirə bilib. Yarımmüdafiəçi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.