"Mançester Yunayted" İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsini qazanıb

Futbol
  • 07 fevral, 2026
  • 19:14
Mançester Yunayted  İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə çempionatının 25-ci turunda öz meydanında "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, görüş "Old Trafford" stadionunda keçirilib.

Qaliblərin heyətində qolları Brayan Mbembo (38-ci dəqiqə) və Bruno Fernandes (81) vurub. 29-cu dəqiqədə "Tottenhem"in müdafiəçisi Kristian Romero birbaşa qırmızı vərəqə alıb.

"Mançester Yunayted" İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsini qazanıb. Komanda Maykl Kerrikin baş məşqçi postuna təyin edilməsindən sonra xal itirməyib. Daha əvvəl komanda "Mançester Siti" (2:0), "Arsenal" (3:2) və "Fulhem" (3:2) üzərində qələbə qazanıb.

"Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 44 xalla 4-cü yerdə qərarlaşıb. "Tottenhem" 29 xalla 14-cü sıradadır. Növbəti turda "Mançester Yunayted" fevralın 10-da səfərdə "Vest Hem"lə oynayacaq, "Tottenhem" isə həmin gün "Nyukasl"ı qəbul edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti